ARAŞDIRMA

Hit : 6659

“Yezid Zeynəbi öldürməməklə səhv etdi, mən bu səhvi etməyəcəyəm

“Yezid Zeynəbi öldürməməklə səhv etdi, mən bu səhvi etməyəcəyəm" - Səddam Hüseyn

21:00, 17.01.2020

Bir neçə gün sonra (Cəmadul-əvvəlin 24) görkəmli İslam alimi Ayətullah Seyid Muməmməd Baqir Sədrin və bacısı, elm və fəzilət də məşhur olan Binti-Huda ləqəbli Aminə Sədrin, sabiq diktator Səddam Hüseyn tərəfindən şəhid edilmələrinin ildönümüdür.

 

 

Haqqın ardıcılları olduğu kimi, batilin də öz davamçıları və ardıcılları vardır. İnsanların qarşısında seçim olaraq çıxan bu iki yolun: haqq və batilin hər birinin özünə məxsus enişli və yoxuşu, öz hədəfə çatmaq üçün çətin və əziyyətli tərəfləri vardır. Bu yolda haqqın himayəçisi Allahdırsa, digərinin isə hamisi şeytandır. İlahi hədəflər uğrunda irəlilən şəxsin nəticəsi İzzət, şəhadət olsa belə... digərinin sonu isə zillətdir, dünyada qələbə əldə etsə belə...

 

Kərbəla səhnəsi İzzət və ya zillət yolunun yolçuları üçün bir ibrətdir...

 

İmam Hüseyn (ə) dövrünün zalım hakiminə qarşı nəzəri və əməli hərəkətə keçir. Xəlifə Yezid, İslamın sütünlarını laxlatmağa səy edir, hədə-qorxu, mal-vəzifə ilə manipulyasiya etməklə insanları özünün batil və əyyaş prinsiplərinə tabe etmək istəyir. İslamın mühafizi İmam Hüseyn (ə) öz qiyamı ilə Yezidin planlarını alt üst edir. Yezid, özünün zillət dolu hədəfinə çatmaq üçün İmam Hüseyni (ə) öldürmək qərarına gəlir. Bunun la da məlum Kərbəla hadisəsi baş verir.

 

İmam Huseyin (ə) bu izzətli yolda şəhadətə çatır. Yezid özünün bu çirkin əməllərinə əl altıları vasitəsi kölgə salmağa, hətta İmamı (ə) xarici kimi qələmə verərək o Həzrəti qiyamçı kimi tanıtmağa cəhd edir. Bunun la da peyğəmbər övladının ölümünü ört-bastır etməyə çalışır. Lakin onun onun qarşısında dayanacaq, onun bu mənfur planını pozacaq biri var idi! Əli qızı Zeynəb! (s.ə)

 

Hz. Zeynəb özünün qılıncdan kəskin nitqi ilə qəlbləri riqqətə gətirir, sanki susan vicdanlarıı oyadır. Bununla da hər kəsə özlərinin, Əhli-Beytin kimliyini tanıdır, Yezidin planlarını alt üst edir. Yezid Hz. Zeynəbin kəskin nitqi qarşısında öz çirkin əməlini etiraf edir, hətta aciz qalarar Kərbəla əsirlərini azad etmək məcburiyyətində qalır.

 

Allah elçiləri və onların varisləri daim haqq əhli üçün bir örnək, nümunəvi ədalət və insanlıq məktəbi olmuşdur. Baqir Sədr və Bintul-huda da bu bərəkətli məktəbin bitməyən nemətlərindən biridir. ilahi hədəflər uğrunda irəliləyən və  şəhid olan kəslərdəndir. Onlar Səddam Hüseynin dövründə yaşamış və onun əmri ilə edam edilmişlər.

 

Səddam Hüseyn ölkəsində yaşayan insanlara, xüsusən də şiə məktəbinin ardıcillarına amansız divanlar tutmuş, məsum imamların hərəmlərini darmadağın etmiş, məsumları anan məclisləri kobud şəkildə dağıdmış, onları zindanlara saldıraraq amansız işgəncələr veridirərək qətlə yetirmişdir.

Baqir Sədr dövrünün ən bilikli və böyük potensiala malik olan gənc alimlərindən idi. O, çox gənc yaşlarında ayətullah elmi rütbəsinə sahib olmuşdur. Baqir Sədr Səddama qarşı mübarizəyə qalxır, tapdalanmış haqların bərpasına, axıdılan qanların durdurulmasını tələb edir. Səddam Hüseyn Baqir Sədrin nüfuzundan xəbərdar olduğu üçün onu edamın əmr verir. Hətta bir dəfə Səddam qoşunları İmam əli (ə) hərəminə zirehli texnika yeridərkən Sədr və yaxınları ağ libas (kəfən əlamət) geyərək texnikanın qarşısına çıxırlar...

 

Baqir Sədrin həbsindən sonra Əminə Sədr, İmamın (ə) hərəminə gedərək insanları Səddam zülmünə qarşı hərəkətə səsləyir. Bununla da İraq ayağa qalxır və Sədrin azadlığ çıxmasına nail olurlar. Fürsət gözləyən Səddam bir müddət sonra Sədi ailəsinə hücum hazırlayaraq iki dəyərli insanı, mübariz bacı-qardaşı həbs edərək zindana salır...

 

Görkəmli alim, filosof Ayətullah Muhəmməd Baqir Sədr, 1980-cı il aprelin 5-də (Cəmadul-əvvəlin 24)  Səddam rejimi tərəfindən edam edilərək şəhid edilir.

 

Lakin Səddam, Yezid dən fərqli olaraq bir şeyi unutmur: Danışan Zeynəbi! Yəni Baqir Sədrin bacısı Əminə Sədri.

 

 

Əminə Sədr də fəal və ictimai xanım idi, Səddam bunu yaxşı bilirdi.  Bu səbəbə özünün mənfur cinayətinə bəraət qazandırmaq üçün "Mən Hüseynin hadisəsini təkrar etməyəcəyəm (Yaxud: Məm Yezidin səhvini etməyəcəyəm, Yezid Zeynəbi öldürməməklə səhv etdi, mən bu səhvi etməyəcəm), Zeynəb qardaşından sonra yaşadı, Yezidi və Bəni Üməyyəni rüsvay etdi" deyərək, Bintul-Hudanın da şəhidlər karvanına qoşulmasına səbəbkar olur.

 

İslaminSesi - Elnur Əli oğlu

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər