MÖVQE

Hit : 189

“Yerli tələbələr üçün ali məktəblərdə ödənişli təhsil ləğv edilməlidir” – Qadir İbrahimli

“Yerli tələbələr üçün ali məktəblərdə ödənişli təhsil ləğv edilməlidir” – Qadir İbrahimli

11:24, 07.08.2019

“Universitetlərdə təhsil haqqının hansı kriteriyalarla müəyyənləşdiyi bəlli deyil – hər rektor xəyalına uyğun məbləğ müəyyən edir”

 

“Dünən ali məktəblərə ixtisas seçimi başa çatdı. Bir neçə gündən sonra valideynlərin sevinci kədərinə qarışacaq – uşaq məktəbə qəbul olub, ancaq ödənişli ixtisasa. Kasıb valideyn üçün bundan böyük yük yoxdur. Övladını sındırmamaq üçün borc-xərc hesabına da olsa pulu tapmalıdır. Özü də 1 illik təhsil haqqını qabaqcadan ödəməlidir”.

 

İslaminSesi xəbər verir ki, bu sözləri "Guzaran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Qadir İbrahimli deyib. “Təsəvvür edin ki, orta aylıq gəliri 500-600 manat olan ailənin övladı yüksək balla Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. ATU-da təhsil haqqı isə 5500 manatdır – ailənin bir illik gəliri səviyyəsində” – deyə o, əlavə edib.

 

İqtisadçının sözlərinə görə, məhz bu səbəbdən də hər il yüzlərlə savadlı tələbə təhsilini davam etdirə bilmir. Yerini isə ondan az bal toplayan, ancaq imkanlı ailələrin övladları tutur: “Gənclər həyatlarında ilk ağır zərbəsini alır və mənən sınırlar. Bu zərbə ömürləri boyu onları təqib edir. Belələri yaxşı vətəndaş ola bilməyəcək”.

 

Q.İbrahimli hesab edir ki, orta aylıq gəliri 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur. Onun fikrincə, dövlət universitetlərində təhsil pullu ola bilməz: “Ödənişli təhsil yalnız özəl unversitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır. Ümumiyyətlə, universitetlərdə təhsil haqqının hansı kriteriyalarla müəyyənləşməsi bəlli deyil – hər rektor xəyalına uyğun təhsil haqqı müəyyən edir. Qızımın daxil olduğu Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə əcnəbilərə təhsil haqqı 2000 lirədir – 610 manat. BDU-da eyni ixtisas üzrə yerli tələbələrə isə illik təhsil haqqı 2500 manatdır – düz 4 dəfə çox. Təbii ki, reytinqinə görə Uludağ Universiteti BDU-dan ən azı 4 fəfə öndədir – nə məntiq var, nə aydın kriteriya...”

 

İqtisadçı elmin, təhsilin inkişafı üçün belə acınacaqlı durumdan çıxış yolu da təklif etdi: “Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad olunması barədə qərar qəbul etsin. Bu həm də xeyli aztəminatlı təbəqəni əhatə edəcək sosial layihə olardı”.

 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər