DÜNYA

Hit : 30

Yenə minlərlə insan hava limanlarında qaldı - SƏBƏB

Yenə minlərlə insan hava limanlarında qaldı - SƏBƏB

21:45, 06.11.2019

“Lufthansa” şirkətinin əməkdaşları tərəfindən keçirilən tətillərlə bağlı uçuşların xüsusi cədvəli tətbiq edilib.

 

İslaminSesi xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

 

Məlumata görə, UFO təyyarə bələdçiləri ittifaqı tərəfindən məvacibləri artırmaq və əmək şəraitini yaxşılaşdırmaq tələbi ilə noyabrın 7-8-nə təyin olunan tətillə bağlı tətbiq edilən qrafikə görə əksəriyyəti Almaniya hava limanlarından olmaqla bütövlükdə 1300 uçuş ləğv edilir və bu da 180 minədək sərnişini əhatə edir.

Şirkətdən bu tətili dayandırmaq üçün təcili addımlar atdıqlarını, lakin tətilin qanunsuz olmadığı qənaətinə gəldiklərini də bildiriblər.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər