Hit : 76

Yəməndə Hadi qüvvələri ilə Keçid Şurasi arasında növbəti qarşıdurma

Yəməndə Hadi qüvvələri ilə Keçid Şurasi arasında növbəti qarşıdurma

12:48, 29.06.2020

Yəmənin cənubunda istefa vermiş sabiq ölkə başçısı Mansur Hadi tərəfdaşları ilə Cənub Keçid Şurası üzvləri arasında silahı qarşıdurma yaşanıb.

 

İslaminSesi.info Yəmən mətbuatına istinadən xəbər verir ki, Abin əyalətinin Əl-Muhafad bölgəsində Hadi qüvvələri ilə Cənub Keçid Şurası üzvləri arasında silahı qarşıdurma baş verib. Mühasirəyə düşürülən Hadi tərəfdarlarından bir zabir, 3 əsgər qətlə yetirilib.

 

Qeyd edək ki, Səudiyyənin səylərinə baxmayaraq ikimüxalif qrup arasında barışıq yaratmaq mümkün olmayıb.

 

Səudiyyə Ərəbistanı devrilmiş Mansur Hadi kökümətini yenidən bərpa etməyə çalışdığı halda, Birləşmiş Əmirlik isə Cənub Keçid Şurası vasitəsi ilə Yəməni parçalayaraq cənubunda müstəqil dövlət yaratmaq istəyir.

 

Qeyd edək ki, Cənubi Yəmən Keçid Şurası sədrinin müavini Əhməd Səid bin Barik bütün cənub əyalətlərində Mənsur Hadi hökumətinin devriləcəyini, müstəqil hökümətin yaradılacağını açıqlamışdı.

 

 

Xatırladaq ki, Yəmənin cənubuna paytaxt Ədən olmaqla Birləşmiş Ərəb Əmirliyinin himayə etdiyi separatçı “Keçid Şurası”, cənub şərqə isə Səudiyyə Ərəbistanının himayə etdiyi Mansur Hadi höküməti nəzarət edir. Ölkənin şimalına isə paytaxt Sana daxil olmaqla Husilər nəzarət edir.

 

DİGƏR XƏBƏRLƏRİ

bütün xəbərlər