DÜNYA

Hit : 25

Yəmən son 2 ayda 1900-ə yaxın hava hücumuna məruz qalıb

Yəmən son 2 ayda 1900-ə yaxın hava hücumuna məruz qalıb

15:50, 05.06.2020

Son 2 ayda Yəmənə qarşı 1834-dən çox hava hücumu, 135 döyüş əməliyyatı edilib.

 

İslaminSesi.info Yəmən KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yəmən Silahli Qüvvələrinin sözcüsü Yəhya Sərii mənbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə Səudiyyə koalisiyası son zamanlar ölkəsinə qarşı təcavüzlərinin sayını artırıb:

“Son günlər Səudiyyə-Amerikan təcavüzkar qüvvələri Yəmənə qarşı hərbi gərginliyi və hava hücumlarını gücləndirib.”

 

Yəhya Sərii Səudiyyənin ölkəsinə qarşı son həftədə 15 əməliyyat, 250-dən artıq hava hücumu icra etdiyini bildirib.

 

Onun sözlərinə görə koalisiya gücləri aprelin 9-dan indiyə kimi Yəmənə qarşı 135 döyüş əməliyyatı, 1834-dən artıq hava hücumu edib.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ərəbistana qaçan sabiq ölkə başçısı Mansur Hadinin legitimliyini bərpa etmək məqsədi ilə 2015-dən indiyə kimi Yəmənə hərbi müdaxilə edir.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər