DÜNYA

Hit : 33

Yəmən “Cənubi Keçid Şurası”nın başçısı ev dustağı edildi

Yəmən “Cənubi Keçid Şurası”nın başçısı ev dustağı edildi

14:30, 01.06.2020

BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurasının başçısı Aydarus AL-Zubaydi Səudiyyə Ərəbistanında ev dustağı edilib.

 

İslaminSesi.info bildirir ki, bu barədə Yəmən mətbuatı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, AL Zubaydi 10 gün öncə Səudiyyənin dəvəti ilə bu ölkəyə səfər edib. Lakin ondan xəbər yoxdur.

 

Yəmənin "Əl-xəbər Əl-Yamani" saytının xəbərinə görə Zubaydı Ər-Riyadda ev dustaqlığı halında saxlanılır.

 

Mənbənin xəbərinə görə bu hərəkət, Keçid Şurası və Ər-Riyadın nəzarəti altında Mansur Hadi hökuməti arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra baş verib. Həmçinin mənbənin xəbərinə görə Səudiyyə Yəməndə Keçid Şurasına özünün (Səudiyyənin) nəzarət edəcəyi federal hökümət layihəsi təqdim etdib, lakin Şura buna müxalif olduğunu bildirib.

 

Xatırladaq ki, Yəmənin cənubuna paytaxt Ədən olmaqla Birləşmiş Ərəb Əmirliyinin himayə etdiyi separatçı “Keçid Şurası”, cənub şərqə isə Səudiyyə Ərəbistanının himayə etdiyi Mansur Hadi höküməti nəzarət edir. Ölkənin şimalına isə paytaxt Sana daxil olmaqla Husilər nəzarət edir.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər