SİYASƏT

Hit : 29

"Yaxında İrana gedəcəm" – Maduro

13:48, 02.06.2020

Venesuela prezidenti Nikolas Maduro yaxında İrana səfər edəcəyini bildirib.

 

İslaminSesi.info xəbər verir ki, Maduro bu barədə ölkəsinin milli televiziyasında yayımlanan çıxışında deyib.

 

Nikolas Maduro yaxında İrana səfər edəcəyini, enerji və müxtlif sahələrdə yeni layihələrə imaza atacaqlarını bildirib.

 

Qeyd edək ki, Maduro bu sözləri İrana məxsusu 5 iri həcmli yanacaq daşıyan tankerin Venesuelaya yetişməsindən sonra deyib.

 

Prezident səfər tarixini açıqlamayıb.

 

Xatırladaq ki, İran ABŞ təhdidlərinə baxmayaraq Venesuelaya 5 ədəd yanacaq dolu tanker göndərib. Artıq tankerlərin geriyə yola düşdüyü bildirilir.

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər