ÖLKƏ

Hit : 80

Yanvarda 1 azərbaycanlı 300 manat xərcləyib - RƏSMİ

Yanvarda 1 azərbaycanlı 300 manat xərcləyib - RƏSMİ

21:24, 18.02.2020

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini real ifadədə 2,7 faiz üstələyərək 1564,3 milyon manata çatıb.

 

İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ticarət dövriyyəsi 1511,3 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 3,6 faiz çox olub.

 

Hesabat ayında bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

2020-ci ilin yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

Rəsmi məlumata görə, ölkənin bütün regionlarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunub:

 

“Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə Abşeron iqtisadi rayonu üzrə 7,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 4,8 faiz, Bakı şəhəri üzrə 4,2 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,9 faiz, Aran iqtisadi rayonu üzrə 2,9 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,5 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,8 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1,3 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0,5 faiz artmışdır. Bakı, Sumqayıt, Naftalan, Şirvan şəhərləri, Abşeron, Ağstafa, Qazax, Qax, Astara, Xaçmaz, Bərdə, Biləsuvar və Salyan rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin real artım sürəti ölkə üzrə orta artım sürətindən (3,6 faiz) yüksək olub”.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər