ÖLKƏ

Hit : 240

Xocəsən poçt şöbəsində hücum – yaralanan var

Xocəsən poçt şöbəsində hücum – yaralanan var

14:42, 17.08.2019

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb edib və müqavimətlə rastlaşdığından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıblar.

 

H.Babayevdən 5,229 qram marixuana götürülüb.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər