ÖLKƏ

Hit : 174

Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı

22:26, 21.09.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

 

İslaminSesi bildirir ki, ETSN-in Milli Hidrometeorologiya Departamentindən   verilən məlumata görə, şimal-qərb küləyi Bakıda arabir 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə və Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,3 metrə çatıb.

Məlumata görə, Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər