ÖLKƏ

Hit : 94

Xəzərdə batan neftçinin meyiti tapıldı

Xəzərdə batan neftçinin meyiti tapıldı

16:58, 19.11.2019

18 noyabr 2019-cu il tarixində Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

 

İslaminSesi bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən  verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər