İSLAM

Hit : 168

Xanım Zeynəbin tarixi çıxışı Bənu Uməyyə səltənətinin sütunlarını

Xanım Zeynəbin tarixi çıxışı Bənu Uməyyə səltənətinin sütunlarını "silkələdi"

09:31, 13.09.2019

Vüqar və rəşadət məzhəri olan Xanım Zeynəb Küfə sarayında elə bir kəskin xütbə oxudu ki, vəfasız kufəlilər belə xəcələt çəkdilər.

 

Məhərrəm ayının 12-də Peyğəmbər (s) ailəsi əsir olaraq Kufəyə daxil oldular.

İmam Səccad (ə) əsirlik vaxtını ən ağır müsübət adlandırır. Müsəlman mümməti arasında daima izzət və hörmətlə ehtiram olunan Əhli Beyt (ə) ləyaqətsiz və əxlaqsız Yezid sayəsində Kufəyə əsir olaraq daxil oldular.

 

Artıq İmam (ə) şəhid olmuşdu. Hərakatın yaşaması və öz hədəfinə çatması Hz. Zeynəbin çiyinlərinə yüklənmişdi. Artıq bu hərəkatın davamını Xanım gətirməli idi və buna da nail oldu. Xanımın Kufədə və Şamdakı tarixi xütbəsi Yezidi rüsvay etdi. Bu alovlu xütbənin ardınca ilkin reaksiya ilk dəfə Kufədə İbn Ziyadın sarayında baş verdi. Beləki o məlun xanımı cəzalandırmaq istədi lakin saray daxilindən etirazla rastlaşaraq bundan vaz keçdi, ardınca qoca səhabədən olan  Abdulah ibni Əfif etiraz edib İbn Ziyadı belə təhqir etdi:

 

Yalançı sənsən ey Mərcanənin oğlu. Peyğəmbərin və oğlunun minbərində oturub onun balasını öldürürsən, ey yalançı və fırıldaqçı”. Əfifi qəbiləsi qaçirdı, amma sonra Ubeydullah onu tapıb öldürtü.

 

Beləcə illərdir Müaviyyənin və Yəzid hakimiyyətinin ilkin “laxlama” prosesi başladı. Ardınca Kufə əhalisi, Şam əhalisi xarici bilərək yağmalayıb qarət etiklər şəxslərin Peyğəmbərin (s), Xanım Fatimənin (ə), Həzrəti Əlinin (ə) ailəsi, övladları olduğunu bildilər və ardınca kiçik-kiçik ixtişaşlardan başlayaraq Muxtar qiyamına yetişdi. Bu da lənətlənmiş Bəni Uməyyə nəslinin süqutuna gətirib çıxartdı.

 

Beləcə İmam Hüseyn (ə) hərakatını öz ali hədəfinə daşıyan, o hərəkata üsyançı damğası vurulmağına izin verməyən, insanları qorxu və qəflət yuxusundan ayıldan, şəhidlərin müqəddəs qanın yerdə qoymayan, Bəni Uməyyənin səltənətini “laxladan” Əlinin qeyrət timsalı olan xanım qızı Həzrəti Zeynəb oldu.

 

Həzrəti Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit oldu. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi. 

 

Xütbə:

“Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha və onun övladlarına, yaxşı insanlara, pak insanlara.

Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.

 

Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə göyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.

Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır.”

 

Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!

 

/İslaminSesi/

Yaşar Nuriyev

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər