ÖLKƏ

Hit : 380

“Xalqıma məktub” – AİP lideri Mövsüm Səmədov Qobustan həbsxanasından yazır

“Xalqıma məktub” – AİP lideri Mövsüm Səmədov Qobustan həbsxanasından yazır

15:25, 31.07.2019

Qobustan Qapalı Tipli həbsxanasında məhbus həyatı yaşayan Mövsüm Səmədov xəbər portalımıza “Xalqıma məktub” sərlövhəli yazı göndərmişdir. Həmin məktubu oxucularımıza təqdim edirik.

 

“Hər bir müsəlmanın öz taleyində olduğu kimi, həm də öz cəmiyyəti qarşısında məsuliyyəti vardır. Bu vəzifələrdən biri də hər növ haqsızlığa qarşı etirazdır. Yəni öz şəxsi həyatımızda hansısa proseslər ağlımız və fitrətimizlə ziddiyyət daşıdığı halda ona etiraz bildirdiyimiz kimi, yaşadığımız şəhər, ölkə və həmçinin böyük İslam ümmətində baş verən zülm və ədalətsizliyə qarşı da laqeyd qala bilmərik. Biz bu gün cəmiyyətimizdə baş verən fəsadlar, ictimaiyyətimizdə hər növ ədalətsizliklər, rüşvətxorluq, korrupsiya hallarının mövcudluğu, Qarabağın 27 ildir işğal altında qalması ilə bərabər Yəmən və məzlum Fələstində baş verən cinayətlərə qarşı da öz nifrətimizi bildirməyə vəzifəliyik. Biz bilməliyik ki, yetmiş ildən çoxdur beynəlxalq qüvvələrin himayəsi ilə yaradılmış və bu gün də davam edən işğal yalnız mübariz Fələstin xalqının əli ilə həll ola bilər. Həmçinin 30 ilə yaxın həmin Fransa və Amerika kimi ölkələrin vasitəsilə yaranmış və bu gün də davam edən Ermənistan-Azərbaycan münaqişəsi də yalnız və yalnız Azərbaycan xalqının igid oğullarının əli ilə öz həllini tapa biləcək.


Artıq Azərbaycan dövləti bu münaqişənin həlli prosesində öz acizliyini bildirərək digər ölkələrdən kömək istəmək əzmindədir.Təəssüflər olsun ki, onlar 30 ildə başa düşmədilər ki, bu problemin həlli üçün köməyi yalnız Mutəal Allahdan və sonra da xalqından istəməli idilər. Buna da yalnız xalqın sərvət və maddi potensiallarını Qərb ölkələrinin ixtiyarında qoymaqla müəssər olmaq olmaz . Öz xalqından uzaq düşmüş hakim və rəhbərlər hegemon dairələrin siyasi alətindən başqa ayrı bir missiyaya malik ola bilməzlər. Erməni separatçılarını bu illər ərzində himayə edən və Qarabağ ətrafında müxtəlif çirkin oyunları aparan beynəlxalq sionizm bilməlidir ki, xalqımız dost və düşməni gözəl ayırd etmək iqtidarındadır. Həmçinin xalqımızın bu hakimiyyətdən də heç bir umacağı qalmayıb. Bu gün biz açıq-aydın İlahi vədləri təkcə keçmiş ümmətlərin halına şamil olmamasının gerçəkliyini müşahidə edirik. “Kəm min fiətin ... ğələbət fiətən ...” (“Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmiş-dir!”) ayəsinin bariz nümunələri təkcə 40 illik İslam inqilabının dünya zalımları üzərində mübarizəsində deyil, həmçinin Livan və Fələstin, Yəmən, Suriya və başqa ölkələrdə baş verən hadisələrdə bunun şahidiyik. Yalnız İlahi nüsrət və xalqımızın qeyrətli oğullarının səhnədə hazır olması ilə biz Vətənimizin ağrılı qəlbinə məlhəm ola bilərik. “Onun ipindən möhkəm yapışın və ayrılmayın”.


Qobustan
30.07.2019

 

Hacı Mövsüm Səmədov

      Azərbaycan İslam Partiyasının lideri 

  

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər