ÖLKƏ

Hit : 448

 Vergi ombudsmanı nə iş görəcək?

Vergi ombudsmanı nə iş görəcək?

15:15, 21.02.2019

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda vergi ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq bununla bağlı, vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb.

 

"İslaminSesi.info" bildirir ki, qurumdan  daxil olan məlumata görə, artıq bununla bağlı, vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb.

 

Vergi ombudsmanı institutu xarici ölkələrdə vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur model olaraq tətbiq olunur və uğurlu nəticələri var. Vergi məsələləri üzrə ombudsmanın fəaliyyətinin başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə edəcək və korrupsiya hallarına dair şikayətləri araşdırmaq hüququna malik olan şəxsdir.


Hazırda vergi ombudsmanı institutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər