Hit : 684

Venesuela sərhədlərində S300-lər - Peyk GÖRÜNTÜLƏRİ yayıldı

Venesuela sərhədlərində S300-lər - Peyk GÖRÜNTÜLƏRİ yayıldı

16:15, 28.03.2019

24 hədəfi eyni zamanda vura bilən S-300BM sistemləri Venesuela paytaxtına yaxın əraziyə yerləşdirilib. Onlar əhəmiyyətli obyektləri ballistik və qanadlı raketlərin, eləcə də döyüş təyyarələrinin zərbələrindən qoruya biləcək.

Zenit raket batareyaları, komanda mərkəzləri və radarlar Karakas yaxınlığındakı "Kapitan Manuel Rios" aviabazasında yerləşdirilib.

 

İslaminSesi-nin RG.ru-ya istinadən verdiyi xəbərə görə. bu haqda Military Watch Magazine jurnalı yazır.

 

Bildirilir ki, S-300VM sistemləri Venesuelanın ABŞ əleyhinə istifadə edə biləcəyi ən güclü silahdır.

 

S-300VM kompleksi S-300-ün (S-300V4-dən sonra) ən mükəmməl modifikasiyasıdır. O, ballistik və qanadlı raketlərin ələ keçirilməsində ixtisaslaşdırılıb.

 

Məsələyə münasibət bildirən Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko RİA Novosti-yə müsahibəsində qeyd edib ki, Venesuela silahlı qüvvələri artıq illərdir ki, Rusiyanın S-300 hava hücumundan müdafiə (HHM) sistemlərindən istifadə edir və burada sensasiya doğuracaq bir şey yoxdur:

 

"S-300VM komplekslərinin ixracat variantı olan "Antey-2500" HHM sistemləri ötən illərdə Venesuelaya çatdırılıb və hərbi paradlar zamanı bu ölkədə dəfələrlə nümayiş etdirilib. Burada heç bir sensasiya yoxdur".

 

#Breaking : #Venezuela releases the S-300 from mothballs. Preparing for an #American attack? pic.twitter.com/T0dK2isvaH

— ImageSat Intl. (@ImageSatIntl) 7 февраля 2019 г.


 



 

#Followup : #Venezuela has put the #S300 into #operational readiness, after conducting drills in February 2019 (as reported previously by #ISI ).#Colombia #intelligence #Satellite #military #defence #defense #MaduroRegime #Update #imagery pic.twitter.com/JerkoIcozn

— ImageSat Intl. (@ImageSatIntl) 24 марта 2019 г.


DİGƏR XƏBƏRLƏRİ

bütün xəbərlər