SİYASƏT

Hit : 26

Vaşnqtondan iddia: Hadisələrin arxasında bu 3 ölkə dayanır

Vaşnqtondan iddia: Hadisələrin arxasında bu 3 ölkə dayanır

11:34, 01.06.2020

Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Robert Obrien ölkəsində baş verən iğtişaşların arxasında xarici dövlətlərin, xüsusən Rusiya, Çin və İranın dayandığını iddia edib.

İslaminSesi.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Robert Obrien bunları ABC kanalına verdiyi müsahibəsində deyib.

 

Robert ABŞ-da baş verən son hadisələrin genişlənməsində Rusiya və Çini günahlandırıb və hadisələrdə bu iki ölkənin birbaşa fəaliyyəti olduğunu deyib.

 

Robert ABŞ-ın belə hadisələrlə əvvəllər də rastlaşdığını, lakin qalib olduğunu diqqətə çatdırıb.

 

İranın da ölkəsində müxtəlif fəaliyyətlər göstərdiyini deyən Robert, ABŞ-ın da öz həmkarları ilə əməkdaşlıq fəaliyyətində olduğunu, ölkənin Milli Təhlükəsizliyi Müşavirləri  ilə müzakirələr aparıldığını bildirib.

 

Xatırladaq ki, bir neçə gün öncə Birləşmiş Ştatların Minneapolis əyalətində dələduzluqda ittiham olunaraq saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi sakinlərin kütləvi etirazına səbəb olub. Etirazların artıq ABŞ-ın 22-i şəhərini, 15 ştatını əhatə etdiyi bildirilir. Ən azı 5 nəfərin öldüyü qeyd olunur. Şəhərlərə Qvardiya əsgərləri yeridilib. Etirazçılar Ağ Ev ətrafında belə yanğınlar törədib.

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər