DÜNYA

Hit : 125

Ümumdünya Səhiyyə Təşkilatının qorxunc proqnozu

Ümumdünya Səhiyyə Təşkilatının qorxunc proqnozu

10:32, 14.02.2020

Çini bürüyən və rəsmi olaraq COVİD-19 adlandırılan koronavirusa Yer kürəsi əhalisinin üçdə ikisi yoluxa bilər.

“Bloomberg” xəbər verir ki, belə qorxunc proqnozla Ümumdünya Səhiyyə Təşkilatının müşaviri, biostatist və epidemioloq Ayra Longini çıxış edib.

 

Longinin hesablamalarına görə virus hər xəstə adamdan orta hesabla 2-3 sağlam adama keçir. Üstəlik ekspress-testlərin olmaması da virusun yayılmasına imkan yaradır. “Təcridetmə və karantin virusu dayandıra bilməz”,-o bildirib.

 


Çinin dövlət səhiyyə Komitəsinin açıqladığı son məlumata görə bu ölkədə koronavirusdan ölənlərin sayı 1500-ə çatıb, yoluxanların rəsmi sayı isə 65 minə yaxınlaşır. Ölüm halları son sutkalar ərzində kəskin artıb və indi hər gün orta hesabla 250-300 nəfərin bu virusdan öldüyü bildirilir. 33 mindən çox pasiyent hazırda xəstəxanalardadır.

 

Virus Çindən başqa daha onlarla ölkədə qeydə alınıb. Azərbaycanda isə səhiyyə rəsmiləri əmin edirlər ki, koronavirusa yoluxma halları baş verməyib./Virtualaz.org/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər