DÜNYA

Hit : 73

Türmədə Quran hafizi kursları açıldı… – İbrətamiz-FOTOLAR+VİDEO

Türmədə Quran hafizi kursları açıldı… – İbrətamiz-FOTOLAR+VİDEO

11:17, 21.10.2019

Belə bir layihə bəlkə də bütün İslam dünyasında birincidir...

Türkiyənin Konya şəhərindəki həbsxanada cəza çəkən Abdulkadir Geylani Tekgöz 15 ay ərzində Quranı əzbərdən öyrənərək yoldaşlarına nümunə oldu. 
 
 
İslaminSesi “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, indi daha 13 məhbus Abdulkadirin öncüllüyü ilə hafiz(Quranı əzbərdən düzgün tilavət edən) olmağa qərar verib. Tekgözün nümunəsindən ilham alan həmin 13 məhbus  Türkiyə Dini İşlər Nazirliyi tərəfindən Həbsxanalar İdarəsi ilə birlikdə reallaşdırılan bir layihə çərçivəsində həbsxanada açılmış kurslara getməyə başlayıb.  Slavyan görünüşlü  Fatih Seferaqiç adlı  gənc bir hafiz artıq sosial şəbəkələrin ulduzuna çevrilib. 
 
Məhkumların arasında Quranı necə oxumağı bilməyənlər  olsa da, bir müəllimin rəhbərliyi altında onlar üçün xüsusi hazırlanmış bir proqramı mənimsəməyə başlayıblar. 
 
Quran kurslarının rəhbəri Mehmet Uslu həbsxanada xeyli müddətdir ki, məhbusların dinin əsaslarını öyrəndiyi dini kursların fəaliyyət göstərdiyini söyləyir. Lakin 15 ay ərzində Quranı öyrənən və bir mərasimdə icazat (diplom) almış Abdulkadir Tekgöz rəhbərliyi həbsxanada məhz Quran hafizlərinin hazırlanması kurslarının açılmasına ruhlandırdı. Belə bir layihə Türkiyədə və bəlkə də bütün İslam dünyasında birincidir. 
 
 
Türmədəki hafiz kurslarında dərslər səhər  saat 9-dan  16-dək davam edir. Məhkumlar nəinki Quranı, həm də hədis və dinin əsaslarını öyrənirlər. Mehmet Uslunun sözlərinə görə, kurslar dustaqların davranışlarına da müsbət təsir göstərir. 
 
“Biz görürük ki, Quranı əzbərdən öyrənmək məhkum insanların həm görünüşü, həm də xarakterində əks olunur. Abdulkadir ilə baş verənlər kimi bu cür dəyişikliklər bizi sevindirir və gələcəyə ümidlə baxmağa əsas verir. Bu, belə bir islami təhsilin nə qədər vacib olduğunu göstərir. Quranı əzbər öyrənənlər arasında üç qadın da var” –deyə kurs rəhbəri bildirib./Moderator.az/
 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər