DÜNYA

Hit : 76

Türkiyənin 44 vilayətində böyük əməliyyat - 101 hərbçi həbs edilib

Türkiyənin 44 vilayətində böyük əməliyyat - 101 hərbçi həbs edilib

14:26, 19.11.2019

Hazırda 101 hərbçinin həbs edildiyi bildirilir. Digər hərbçilərinin saxlanılması istiqamətində tədbirlər görülür

Türkiyənin İzmir şəhər prokurorluğu FETÖ terror təşkilatına qarşı əməliyyatlar çərçivəsində 133 hərbçinin saxlanılması barədə qərar verib.

İslaminSesi-nin məlumatına görə bu barədə "Anadolu" agentliyi xəbər verir.

 

Məlumata əsasən, hərbçilərin həbs edilməsinə dair Türkiyənin 44 vilayətində eyni zamanda əməliyyat keçirib. Şübhəli bilinən 133 hərbçidən 82-si hazırda ordu sıralarında xidmət edir.

 

Hazırda 101 hərbçinin həbs edildiyi bildirilir. Digər hərbçilərin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi çevrilişə cəhd edib. İstanbul və Ankarada baş verən toqquşmalar zamanı 250 nəfər ölüb, 2 mindən çox şəxs yaralanıb./Sputnik.az/



DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər