SİYASƏT

Hit : 613

“Trampın layihəsi özündən qabaq öləcək” - Ayətullah Xamenei  xalqla görüşdü (FOTO)

“Trampın layihəsi özündən qabaq öləcək” - Ayətullah Xamenei xalqla görüşdü (FOTO)

15:26, 05.02.2020

Ayətullah Seyyid Əli Xamenei bu gün sübh, İslam İnqilaıbının 41 illiyi münasibəti ilə əhalinin müxtəlif təbəqələrindən olan insanlarla görüş keçirib.

 

İslaminSesi khamenei.ir-ə istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri əhalinin müxtəlif təbəqələrindən  olan minlərlə insanın önündə çıxış edib.

 

Ayətullah Xamenei bu görüşdə müxtəlif məsələlərdən, o cümlədən ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun birgə hazırladıqları “Fələstin” layihəsindən, İranda keçiriləcək parlament seçkilərindən danışıb.

 

Qarşıdan gələn parlament çekilərinin əhəmiyyətindən danışan Ayəttullah Xamenei insanları seçkilərdə fəal iştirak etməyə, bununla da ölkənin mənafeini hamılıqla qorumağa dəvət edib.

 

Trampın və Netanyahunun “Fələstin”lə bağlı layihəsindən danışan Ayəttullah Xamenei, bu addımı xəbis və hiylə adlandıraraq, hiyləgərlərin məqsədlərinə çatmayacaqlarını bildirib:

“ Qəti şəkildə bilin ki, bu iş heç bir nəticə verməyəcək. Bu plan, Tramp ölməmişdən öncə öləcək!”

 

Fələstin məsələsinə toxunan İnqilab Rəhbəri, bu işin böyük hissəsinin Fələstin xalqının üzərinə düşdüyünü, məsələnin həlli yolunun yalnız bütün yerli xalqların, dinindən, məzhəbindən aslı olmayaraq müsəlman, məsihi, yəhudilərin hamılıqla sionizm və hegomon güclərə qarşı birgə mübarizə aparmasında olduğunu bildirib.

 

Fələstinin tezliklə sionistlərdən azad olacağını bildirən Ayətullah Xamenei,  bunun yaxın gələcəkdə baş verəcəyini qeyd edib:

“İnşaallah, bu hədəf mütləq yerinə yetəcək! Siz gənclər o günü görəcəksiz. Allahın qudrəti ilə Qüdsdə namaz qılacaqsınız!”

 

 

  

 

 

 

 

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər