SİYASƏT

Hit : 262

Tramp Ruhani ilə görüş istiqamətində bəzi sanksiyaları qaldırmaq istəyir - KİV

Tramp Ruhani ilə görüş istiqamətində bəzi sanksiyaları qaldırmaq istəyir - KİV

10:48, 12.09.2019

"Ağ Ev iki dövlət başçısı Həsən Ruhani və Donald Trampın BMT Baş Assambleyasının toplantısı çərçivəsində baş tuta biləcək görüşü üçün addımlara başlayır. Tramp bu görüşdən öncə bəzi sanksiyaları aradan qaldırmaq istəyir."

İslaminSesi  əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Blomberg Agentliyi məlumat verib.

 

Bildirilib ki, Tramp BMT Baş Assambleyasının toplantısı çərçivəsində iki prezidentin möhtəməl görüşü öncəsi bəzi sanksiyaları aradan qaldırmaq istəyir.

 

Qeyd edək ki, ABŞ rəsmi mənbələri bu iddianı hələ təsdiqləməyiblər.

 

İran tərəfi isə iki prezident arasında görüşü qəti şəkildə istisna edir, belə bir görüşün və ya danışıqların baş tutması üçün sanksiyaların tam şəkildə ləğvini və nüvə sazişinə qayıtmağı tələb edir. İran rəsmiləri ötən gün bildiriblər ki, Con Bolton kimi müharibə tərəfdarlarının kənarlaşdırılması da kafi deyil.SalamNews 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər