SİYASƏT

Hit : 121

Tramp Maduronu əzəcəyinə söz verdi

Tramp Maduronu əzəcəyinə söz verdi

09:14, 05.02.2020

Amerikalı lider Donald Tramp Venesuelada “ölkənin vəziyyəti haqqında” illik mesajında ölkə prezidenti Nikolas Maduronun hökumətini nəzərdə tutaraq Venesuelada “zalımlığı əzmək” vədini verib.

Tramp qeyd edib ki, ABŞ kubalıların, nikaraqualıların və venesuelalıların demokratiyanın bərpasına olan ümidlərini dəstəkləyir.

Bundan sonra o, Venesuelanın müxalifət lideri Xuan Guaydoya müraciət edərək, ölkənin “həqiqi və qanuni prezidenti” kimi hesab etdiyini bir daha vurğulayıb.

Tramp Guaydonu illik məruzəsi ilə çıxış etməyə dəvət edib.

21 yanvar 2019-cu ildə Maduro and içdikdən sonra ona qarşı kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə, Guaydo qeyri-qanuni olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bir sıra ölkələr Quaydonu dövlət başçısı kimi tanıyıblar. Öz növbəsində, Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu legitim prezident kimi dəstəkləyiblər.

KONKRET.az

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər