SİYASƏT

Hit : 1075

"İŞİD-i Obama yaratdı" - Tramp

11:55, 04.11.2019

ABŞ Prezidenti Donald Tramp bir daha İŞİD terror təşkilatını sabiq prezident Barak Obamanın qurduğunu vurğulayıb.

 

Belə ki, Donald Tramp tərəfdarlarına xitabən etdiyi çıxışında amerikalı əsgərlərin təşkil etdikləri əməliyyatla İŞİD lideri Əbu Bəkir Bağdadini öldürdüklərini bir daha iddia edib.

 

İslaminSesi.info Eastnews-a istinadən bildirir ki, Tramp çıxışında, İŞİD-i Barak Obamanın qurduğunu vurğulayıb. İŞİD terror təşkilatının Obamaya hörmət etdiyini qeyd edən Tramp, Obamanın bu təşkilatı qurduğunu və maliyyə yardımı etdiyini vurğulayıb.

 

ABŞ Prezidenti, həmçinin seçkilərdə rəqibi olacaq Hillari Klintonun da saxtakar olduğunu, məhz Klintonun da Obama ilə birlikdə İŞİD-i qurduqlarını qeyd edib.

 

Xatırladaq ki, Tramp prezidentlik seçki kampaniyası əsnasında da İŞİD-in Obama tərəfindən qurulduğunu demişdi. 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər