SİYASƏT

Hit : 87

"Tramp dövlət başçısı olmağa yaramır" – Co Bayden

15:43, 07.10.2019

"Trampın hakimiyyətdən sui-istifadə etməsinin sübutları getdikcə çoxalır"

İslaminSesi-nin xarici KİV-ə istinadla verdiyi xəbərə görə, növbəti prezident seçkilərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəaliyyətdə olan prezidenti Donald Trampın rəqibi olacaq Co Bayden hesab edir ki, Tramp hakimiyyətin verdiyi səlahiyyətlərdən sui-istifadə edir.

 

Baydenin sözlərinə görə, «Trampın hakimiyyətdən sui-istifadə etməsinin sübutları getdikcə çoxalır» («The Washington Post»). Sabiq vitse-prezident hesab edir ki, Trampı yalnız şəxsi maraqları narahat edir və o, vətəndaşlar barədə düşünmür. Ona görə də Tramp «mütləq dərəcədə dövlət başçısı olmağa yaramır».

 

Bayden həm də Trampı yalan danışmaqda və onun ailəsi barədə «çirkin kampaniya aparmaqda» günahlandırıb.

 

Bundan əvvəl, Trampa qarşı impiçment proseduru başlanıb.

 

Tramp bəyan edib ki, Kiyevdən Baydenlərə yönəlik təhqiqat aparmaq tələbi siyasətlə yox, onların «korrupsiyaya qurşanmaqları» ilə bağlıdır. /Azpolitika.info/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər