DÜNYA

Hit : 29

Tramp ABŞ-da baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdi - VİDEO

Tramp ABŞ-da baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdi - VİDEO

15:08, 04.06.2020

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, ölkə ərazisində baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.

İslaminSesi xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çevriliş cəhdinin qarşısını almaq üçün ordunun gücündən istifadə etmək niyyətində olduğunu bildirib.

 

Amerika liderinin sözlərinə görə, kütləvi qiyamdan söz getdiyi üçün onu yatırmaqdan ötrü ordudan istifadə etməyə hazırdır. Bununla yanaşı, dövlət başçısı hazırda milli qvardiyanın da bu vəzifənin öhdəsindən gələ biləcəyinə inandığını vurğulayıb.


"Tramp, lazım gələrsə, qiyamın qarşısını almaq haqqında qanunu da tətbiq edə bilər, lakin o ABŞ Milli Qvardiyasına güvənir", - TASS agentliyi yazır.


Bu günə qədər genişmiqyaslı etirazlar ABŞ-ın demək olar, bütün ərazisini əhatə etmişdir ki, bu da koronavirus pandemiyası kontekstində ölkədəki durumu hakimiyyətin nəzarətindən kənar vəziyyətə gətirir. Hadisələrə görə bu günə qədər ABŞ-da 10 mindən çox insan saxlanılıb.


Etirazçılar Ağ Evə basqın üçün bir neçə dəfə cəhd etdikləri səbəbindən koronavirusla bağlı vəziyyət hər gün daha da pisləşir.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər