DÜNYA

Hit : 111

Toya gələn qonaqlar güllələndi - Antiterror əməliyyatı zamanı terrorçudan çox dinc sakin ölüb

Toya gələn qonaqlar güllələndi - Antiterror əməliyyatı zamanı terrorçudan çox dinc sakin ölüb

14:58, 23.09.2019

Əfqanıstanın Hilmənd vilayətində Taliban silahlılarına qarşı təşkil edilən antiterror əməliyyatları zamanı azı 40 nəfər dinc sakin həyatını itirib.

İslaminSesi.info Reuters- ə istinadən xəbər verir ki, Əfqan Hökümət Qüvvələrinin təşkil etdiyi antiterror hücumunda ən azı 40 mülki şəxs həyatını itirib, 13 nəfər isə yaralanıb.

 

Əməliyyatda iştirak edən zabitin bildirdiyinə görə bir evdə Taliban yaraqlılarının intihar partlayışları törətmək məqsədi ilə təlim keçmək barədə məlumat alınıb və evə basqın təşkil edili. Hücum zamanı toy mərasimi keçirilən yaxın bir ev də atəşə məruz qalıb və nəticədə 35 nəfər mülki şəxs həyatını itirib.

 

Bəzi mənbələrin məlumatına görə həyatını itirənlərin sarı 40 nəfərdir.

 

Hilmənd əyalət məclisinin üzvü Atallah Əfqaninin də bildirdiyinə görə kökümət qüvvələri Talibanın təlim yerinə hücum edib və nəticədə yaxınlığda olan toy mərasimi də hücumə məruz qalıb.

 

Mənbənin məlumatına görə antiterror əməliyyatı nəticəsində 22 Taliban üzvü də məhv edilib, 14 nəfəri isə həbs edilib.

 

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər