DÜNYA

Hit : 215

Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü: ölən və yaralananlar var - FOTO

Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü: ölən və yaralananlar var - FOTO

15:24, 30.12.2019

Tiflisdən İstanbula gedən avtobus qəzaya düşüb.

İslaminSesi-nin “CNNTürk”-ə istinadən verdiyi xəbərə görə, ölkənin Çankırı şəhəri ərazisində baş verən yol qəzasında bir nəfər ölüb, 21 nəfər xəsarət alıb. Yaralananlardan üçünün vəziyyəti ağırdır.

 

Məlumata görə, Gürcüstanın paytaxtı Tiflisdən İstanbula gedən, 51 yaşlı M.B-nın idarə etdiyi “AK Karadeniz” şirkətinə aid avtobus tesktil məhsulları daşıyan TIR-la toqquşub.

 

Əksəriyyəti Gürcüstan vətəndaşları olan 33 sərnişindən 21-i yaralanıb.

 

Avtobus sürücüsünün köməkçisi 25 yaşlı Köksal Turan sıxılıb qaldığı avtobusun içərisindən çıxarılıb xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb./xeber.im/

 

Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü: Ölən və yaralananlar var -

 

Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü: Ölən və yaralananlar var -

 

Tiflisdən gələn sərnişin avtobusu qəzaya düşdü: Ölən və yaralananlar var -

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər