DÜNYA

Hit : 129

Təyyarələrlə Liviyaya muzdlu döyüşçülər və inanılmaz silahlar göndərilir

Təyyarələrlə Liviyaya muzdlu döyüşçülər və inanılmaz silahlar göndərilir

17:04, 24.02.2020

Birləşmiş Ərəb Əmirlikləri Liviyada qiyamçı general Xəlifə Haftara dəstək məqsədilə 12 yanvardan etibarən 6 min tondan çox karqo göndərib.

"Anadolu” agentliyi xəbər verir ki, yüklər 100 ayrı aviareyslə Liviyaya daşınıb.

 

Bu barədə “Qəzəbli Vulkan Əməliyyatı” rəsmi sosial media hesabından açıqlama yayıb. Məlumatda Əbu-Dabi əmirliyindəki hərbi bazalardan havaya qalxan yük təyyarələrinin Liviyanın şərqinə silah-sursat daşıdığı bildirilib. Həmçinin, təyyarələrin nömrələri, tarixləri, uçuş tipləri və endikləri ehtimal edilən hava bazalarının detalları da qeyd olunub.


Bu təyyarələrdə hərbi ləvazimatlarla yanaşı, bölgədəki ölkələrdən muzdlu döyüşçülərin daşınma ehtimalı yüksəkdir. Bəzi təyyarələrin 150 ton yük daşıma potensialına sahib “Antonov-124” tipində olması nəqlin həcminə işarə verir.


Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Liviyada qeyri-qanuni fəaliyyət göstərən Xəlifə Haftarın maliyyə, hərbi və siyasi dəstəkçisidir./Publika.az/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər