DÜNYA

Hit : 43

Suriyada silahlı müxalif qüvvələr arasında toqquşma baş verdi

Suriyada silahlı müxalif qüvvələr arasında toqquşma baş verdi

14:42, 28.05.2020

Qarət etdikləri sərvəti bölə bilməyən terrorçular bir-birini öldürüdü.

 

İslaminSesi SANA-ya istinadən xəbər verir ki, hadisə şimalda Ayn-Asad şəhəri yaxınlığında bir kənddə baş verib.

 

“Firqətul-həmzat” birləşməsi muzdluları aralarında mübahisə yaranıb. Silahlılar bir-birinə atəş açıblar. Nəticədə bir silahlı ölüb, bir neçəsi yaralanıb.

 

Yerli mənbələrin bildirdiyinə görə mübahisə qarət edilmiş malların bölüşdürülməsi zamanı baş verib.

 

Həmçinin atışma nəticəsində ətrafda arpa və buğda zəmilərinin oddan alışaraq yandığı bildirilir.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər