DÜNYA

Hit : 24

Suriyada kənd sakinləri ABŞ hərbi karvanının bölgəyə girməsinin qarşısını alıblar - VİDEO

Suriyada kənd sakinləri ABŞ hərbi karvanının bölgəyə girməsinin qarşısını alıblar - VİDEO

11:30, 13.05.2020

Suriyanın şimal-şərqində kürd bölmələrinin nəzarətində qalan Dəşişa və əl-Qahirə kəndlərinin sakinləri ABŞ hərbi karvanının kəndlərə girməsinə mane olublar.

SalamNews xəbər verir ki, bu barədə kənd sakinləri sosial şəbəkələrdə görüntülər yerləşdiriblər.

 

Görüntülərdən bəlli edilir ki, Həsəka əyalətinin (Suriyanın şimal-şərqi) Təll-Təmr rayonunun Dəşişa və əl-Qahirə kəndlərinin sakinləri bölgəyə daxil olmaq istəyən ABŞ hərbi karvanının qarşısını alır.


Daha sonra ABŞ hərbi karvanı geri qayıtmağa və ərazini tərk etməyə məcbur qalır.


Qeyd edək ki, ABŞ qüvvələri Suriyada 20-ə yaxın hərbi qərargahda yerləşiblər. Sayı altı yüz civarında olan ABŞ qüvvələri əsasən Fəratın şərqində separatçı kürd bölmələrinin nəzarətindəki ərazilərdə və İordaniya ilə sərhəddə ət-Tənif səhra bölgəsindədir.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər