SİYASƏT

Hit : 72

Suriyada çirkin ittifaq - PKK oğurladığı nefti İsrail şirkətinə satacaq

Suriyada çirkin ittifaq - PKK oğurladığı nefti İsrail şirkətinə satacaq

12:39, 12.11.2019

ABŞ-ın dəstəyi ilə Suriyadakı neft yataqlarını işğal eləmiş PKK/YPG bütün hüquqlarını İsrailin Global Development Corporation şirkətinə təhvil verib.

İslaminSesi xəbər verir ki, razılaşmaya görə, israilli şirkət neft yataqlarını işə salacaq və çıxan nefti satacaq.

 

PKK/SDG neft şirkəti ilə İsrail arasındakı yaxın münasibət artıq aşkara çıxmağa başlayıb. Suriya ərazisində YPG/PKK terror təşkilatının işğalı altında olan neft quyularının istismarı və neft satışı hüququnun israilli biznesmenin ixtiyarına verildiyi xəbəri yayılıb.

 

Bütün səlahiyyətləri verdilər

 

PKK terror təşkilatı Suriyanın Rakka, Haseke və Deyr əz Zor bölgələrində 11 ədəd neft-təbii qaz ərazisini işğal altında saxlayır. Rimeylan, Əl Suveydiye, Kebeybe, Merkede, Tişrin, Əl Cebse, Şedadi, Əl Ömər, Əl Tanek, Koniko, Əl Cefre və Deyroda yerləşən yüzlərlə neft quyusu 2015-2017-ci illər arasında müxtəlif vaxtlarda terror təşkilatı tərəfindən nəzarətə alınıb. Buradakı quyuları məhsuldar şəkildə istifadə edə bilməyən terror təşkilatı quyulardan maksimum faydalanmağa çalışdığı zaman 2019-cu ilin əvvəllərində israilli biznesmen Mordekay Khana ilə əlaqə yaradılıb.

 

PKK yazılı təminat verdi

 

PKK/SDQ-nin xarici işlər üzrə məsul şəxsi İham Əhməd şirkət rəhbərliyi ilə görüş zamanı yazılı təminat verib. Sənəddə deyilir: “Cənab Khana, bu sənəd Suriya Demokratik Şurasını təmsil edərək SDQ-nin sahib olduğu neft satışı ilə bağlı bütün sahələrdə şirkətiniz GDC-yə verilən rəsmi bir etibarnamədir. Həmçinin, nəzarət elədiyimiz sahələrdə olan nefti axtarmaq və istismar eləmək ilə bağlı bütün hüquqları sizə veririk”.

 

Hər şey ABŞ-ın nəzarətindədir

 

Sənədin detallarında diqqəti cəlb edən digər məsələ isə Amerikanın nəzarəti olub. Bununla əlaqədar sənəddə deyilir: “Suriya Demokratik Şurasının neft satışı ilə bağlı bütün məsələlər hər zaman ABŞ Maliyyə Nazirliyinin Xarici Əmlaka Nəzarət Ofisinin (OFAC) razılığı ilə həll edilməlidir”./Hurriyyet.org/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər