Hit : 67
Suriya Ordusu 4 ildən sonra ölkənin ikinci ən böyük su elektrik stansiyası olan "Tişrin" SES-a nəzarətə götürüb.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə Suriya Ordusu və Rusiyanın hərbi polis qüvvələri ölkənin Rəqqa əyalətində Fərat çayı üzərində yerləşən Tişrin SES-nə daxil olub.
Rəqqa əyalətinin Təbəqa şəhəri ərazisində yerləşən bu SES ölkənin ikinci ən böyük mühüm iqtisadi obyektidir.
İŞİD bu SES-ı 2014-cü ildə ələ keçirmişdi.