ARAŞDIRMA

Hit : 1369

Suriya ilə bağlı bu 10 sual və cavab bütün dezinformasiyaları alt-üst edəcək - Araşdırma

Suriya ilə bağlı bu 10 sual və cavab bütün dezinformasiyaları alt-üst edəcək - Araşdırma

12:48, 27.02.2018

Şərqi Quta ilə əlaqədər həyəcan təbili çalan Qərb mediasının niyəsə Səud rejiminin blokadada saxladığı və humanitar böhranın pik nöqtəsi yaşanan Yəmən barədə sükutu təzad doğurur.

İslaminSesi bildirir ki, Suriya ordusunun Rusiyanın dəstəyi ilə Şərqi Qutada əməliyyata başlaması ilə Hələbdə işə düşən media təxribatına bənzər kampaniya işə düşdü. Şərqi Qutada olan on minlərlə militanla birlikdə hərəkətə keçən "fəal"lar "Şərqi Qutada qırğın var" şüarı ilə mediaya axın ediblər. Beynəlxalq təzyiqlə onlar artıq qüvvətli vəziyyətdə olan Suriya ordusuna geri addım atdırmaq istəyirlər. Bu media təzyiqi ilə hədəfə çatmaqdır. Sanki belə bir mənzərə yaradılır ki, Şərqi Qutada əslində hökumət əleyhinə çıxanlar yox, mülki vətəndaşlar hədəfdədir. ABŞ-ın rəhbərlik etdiyi Suriyada hakimiyyət dəyişkiliyi tərəfdarlarıın ən böyük təlaşı 2013-cü ilin baharında Livan sərhədindəki Küseyr müharibəsi və Hələb döyüşlərindən sonra ən böyük dönüş nöqtəsi ola biləcək Qutanın ələ keçirilməsidir.

 

1. Şərqi Quta niyə bu qədər əhəmiyyətlidir?

 

Şərqi Quta Dəməşq  şəhərinə yaxın yerləşdiyinə görə 2011-ci ildə Suriyaya qarşı başlayan müharibələrdə ən əhəmiyyətli cəbhələrdən biri hesab olunur. 2013-cü ildən bəri mühasirədə olan, BMT-nin məlumatına əsasən təxminən 250 min mülki vətəndaşın yaşadığı 100 min kv. km-lik Şərqi Qutada “International Studies of War”ın bildirdiyinə görə 10 min yaraqlı var. Dəməşqi Humusa və Hələbə bağlayan və şərqdə İordaniya sərhədinə qədər uzanan M5 nəqliyyat yolu oradan keçir və 2012-ci ildən kəsilib. Bundan əlavə Dəməşqi  Palmiradan Deyrezzora, yəni İraq sərhədinə bağlayan ana yolun üzərində yerləşir. Əgər Şərqu Qutada Suriya ordusu qələbə çalsa bütün bu yollar açılacaq və müharibə 2012-ci ildə başladığı nöqtəyə dönəcək. Bu isə Suriyanın qüvvətlənməsinə və bu böhranda Moskvanın əhəmiyyətli dərəcədə əlinin qüvvətlənməsinə gətirib çıxaracaqdır. Bundan əlavə Suriya ordusu İsrailin F16-nı vurması isə hökumətin şərq sərhədlərinə yönəldiyini işarəsini verərkən, Şərqi Qutanın alınması illərdir yerində sayan Suriyanın hökumət qüvvələrinə istədikləri sərbəstliyi bəxş edəcək. Bütün bunlar qarşı cəbhəni elə bir şəkildə təlaşlandırıb ki, onlar media təzyiqi ilə Suriya hökumətini oradakı yaraqlılara göz yummağa məcbur etməyə çalışırlar. Ancaq Hələbdə təcrübədən keçirilən bu sınağın burada hansı effekti verə biləcəyi naməlumdur. BMT Təhlükəsizlik Şurasının ABŞ, İngiltərə və Fransanın təzyiqi ilə ümüm Suriya cəbhəsində 30 günlük atəşkəs elan etməsi və qərarın Əl-Qaidənin Suriya qolu olan Heyet Tahriruş Şama (HTŞ) aid edilməməsi də əhəmiyyətlidir. Bu qrupun Şərqi Qutanın Şam mərkəzinə baxan məhəllələrində gələcək günlərdə atəşkəs qərarını pozmadan irəliləməsinə şərait yaratmış olur.

 

 

2. Şərqi Qutada olan yaraqlılar kimlərdir?

 

Şərqi Qutadakı yaraqlılar hazırda Qətərin və Səud rejiminin dəstəklədiyi qruplardır. Bu qruplar aşağıdakılardır. 

 

1. İslam Ordusu: Səudiyyə Ərəbistanın maliyyəsi ilə ayaq üstə duran bu qrup ən böyük qruplaşmadır. Mərkəzi Şərqi Qutanın paytaxtı hesab edilən Dumadır. ABŞ-ın kəşfiyyat sənədlərinə əsasən 2013-cü ildə "İnqilabın ikinci ili münasibəti ilə" səudlar bu qrupa 120 ton partlayıcı hədiyyə etməsi və bu hadisəyə görə Şam hökumətini  raket atəşinə tutma təlimatı veriblər. 2012-ci ilin iyun ayında terroçuların reallaşdırdığı bombalı hücumda Suriya hökumətinin 5 yüksək çinli məmuru həlak olmuşdu.

 

"İslam Ordusu" 2015-ci ildə "mülayim müxalifət" qrupuna salınsa da, Suriya hava qüvvələrinin hücumu zamanı həlak olmuş rəhbərləri Zehran Alluş demokratiyanın söyüş olduğunu dəyərləndirmişdi və bildirmişdi ki, məqsədləri şiələrin və ələvilərin başını əzəcək bir Əməvi dövləti qurmaqdır. İslam Ordusu Dumanın qarşısında olan Adraya girmiş və orada 40 nəfərə qədər mülki vətəndaşı öldürüb və oradan qaçırdığı insanları  qəfəslərə qoyaraq "sərgiləmişdi".

 

2 Filəqur-Rahman: Şərqi Qutanın ikinci ən böyük qrupudur. Qətərlə yaxınlığı bilinir. Səudiyyə ilə Qətərin münasibətləri pisləşən kimi bu qruplaşma İslam Ordusu ilə qanlı toqquşmalara girib. 2012-ci ildə Şamın İsraili izləyən gözü adlanan Merci es-Sultan radarının yerləşdiyi bazanı dağıtmışdılar. Bu hadisədən 2 ay sonra İsrail Suriyaya ilk hava hücumunu etmişdi.  Filəqur-Rahman qruplaşması bu hərbi bazanı dağıtmaq üçün Qətərdən 3 milyon dollar aldıqlarını etiraf etmişdi.

 

3. Ahraruş Şam: Əl-Qaidə lideri Eyman ez-Zevahirinin Şam nümayəndəsi Əbu Halit es-Suri tərəfindən qurulub. Şərqi Qutanın Harasta bölgəsinə hakimlik edir. "Türkiyənin"göz-bəbəyi" olaraq xatırlanan bu qruplaşma İdlib cəbhəsində Zirehli Nəqliyyatlar birləşməsinə hücum etmişdi. Bununla da Şərqi Qutadakı atəşkəs sona çatmışdır.


4. Heyet Tahriruş Şam: İŞİD-in məğlubiyyəti ilə Suriya cəbhəsində ən böyük qruplaşma olan HTŞ (köhnə adı ilə Nüsra cəbhəsi) Şərqi Qutada kiçik bir profilə sahibdir. Bunun səbəbi isə 2013-cü ildə İŞİD-Nüsra toqquşmasına bir çox yaraqlının Əbu Bəkr Bağdadiyə beyət etməsi olub.

 

3. Qruplaşmalar silahı necə əldə edir?

 

Əvvəllər İordaniya vasitəsi ilə silahlar əldə olunurdu. 2013-cü ildə Suriya ordusunun Üteybə qəsəbəsini alması ilə əlaqə kəsildi. Bundan sonra yalnız yeraltı tunellər və qaçaqçılar vasitəsilə silah əldə edirlər. 

 

 

4. Qətər -Səud rəqabəti qruplaşmalara necə təsir edib?

Suriya ordusu vəziyyəti öz xeyrinə düzəltdikcə qruplaşmalar arasında qanlı toqquşmalar şiddətlənirdi. Bunlardan ən böyüyü 2017-ci ilin aprel ayında oldu. Bu toqquşma  Filəqur-Rahman  ilə İslam ordusu arasında yaşandı. Çarpışmada 400 mülki vətəndaş həlak oldu. Hazırda da düşmən vəziyyətində olan bu iki qruplaşma bir-birlərinin ərazilərindən mülki vətəndaşları qaçırır, işgəncə edir ya da öldürülər.

 

5. Şərqi Qutadakı yaraqlılar necə yalnız qaldılar?

Suriya ordusu Şam hökumətinin təhlükəsizliyini nəzərə alaraq ən qüvvətli ordunu orada saxlayırdılar. Üteybenin də alınması ilə də yaraqlılar mühasirəyə düşməyə başladılar. Bundan əlavə Şərqi Qutada Yelda və Kabunda olan yaraqlılar silahlarını orduya təslim edərək əfvdən yararlandılar. Şərqi Qutanın ən əhəmiyyətli cəbhəsi hesab olunan Derayedə isə yaraqlılar İdlibə getməyə razılaşdılar. Beləliklə Şərqi Qutadakı qruplaşmalar tamamilə izolyasiya oldular.

 

6. Şərqi Qutadakı qruplaşmalara göz yummaq olarmı?

Şərqi Qutadakı qruplaşmaların ən ortaq nöqtəsi Şam hökumətinə  meyilli mülki vətəndaşların yerləşdiyi məkanları raketlərlə vurmaqdır. Suriya hökumətinin iddiasına görə son 5 ildə bu hücumlarla ölən mülki vətəndaşların sayı 10 minə çatır. Qruplaşmaların son bir ayda vurduğu məntəqələr arasında Rusiya səfirliyi və Rusiyanın humanitar yardım mərkəzi də var. Yəni Qərbin media təzyiqi ilə Suriya hökumətini buna göz yummağa məcbur etməsi absurddur.

 

7. Xəbərləri yayan fəallar kimlərdir?

Qərb mediasının xəbərlərini mənbə olaraq göstərdiyi "fəallar" əsasən "Ağ Dəbilqəlilər" və "Syrian American Medical Society (SAMS)" hesab olunur.  "Ağ Dəbilqəlilər" İngiltərə və ABŞ-dan 90 milyon dollar alaraq qurulan bir təşkilatdır. Qalan "fəallar" isə anonim adı ilə qeyd olunur. "Ağ Dəbilqəlilər" terrorçu qruplaşmalarla yaxınlıqda günahlandırılsa da, onlar bunu Əsəd hökumətinin qaralama kampaniyası kimi təbliğ edirdilər. Lakin HTŞ-nin o dövrdəki rəhbəri Əbu Cabir onları mükafatlandırmış və video görüntüdə "Ağ Dəbilqəlilər"i "İnqilabın gizli əsgərləri" kimi dəyərləndirmişdi.
Syrian American Medical Society isə Hələbdən sonra Şərqi Qutadan yayımlanan "Əsəd sonuncu xəstəxananı da bombaladı" tipli xəbərlərin əsas qaynağıdır. Suriyada əsasən lobbiçilik fəaliyyəti ilə məşğuldur.


8. Xəbərlər necə saxtalaşdırılır?

Müxalifətin xəbər qaynağı kimi göstərilməsi qərb mediasın bu qruplaşmaların siyasi alətinə çevrilməsinə səbəb olub. O qədər irəliləyiblər ki, "Ağ Dəbilqə"lilərin "Şərqi Quta Serebrenitsadır" açıqlamasından sonra Guardian-dan tutmuş Fox TV-ə qədər hamısı Şərqi Qutadakı mülki vətəndaşlara fokuslandılar. FoxTV hətta Şərqi Qutadan bir məktəb videosunu yayımladı və öldürülən uşaqları qabartdı. Suriya hökuməti isə mülki vətəndaşların öldürüldüyünü dedilər, lakin Qərb mediasının dediyi kimi onların qəsdən hədəf olduqlarını inkar etdilər. Bəli qərb mediası mülki vətəndaşın öldürüldüyünü yazır, amma yaraqlılardan bəhs etmir.


9. İkinci Hələbmi?

Şərqi Quta məsələsində qərb mediası Hələb bənzətməsini yürüdür. Ancaq xatırladılmayan yeganə reallıq Hələbin şərqində yaşadığı iddia edilən 300 min mülki vətəndaşın yerinə cəmi 34 min yaraqlının öz ailələri ilə birlikdə İdlibə köçməsi oldu. Hələb geri alındıqdan sonra ora 400 min insan qayıtdı. Hələb qırğının siması olaraq seçilən Ümranın da sonra Əsəd meyilli ailə olaraq üzə çıxması da,  məlumdur. Ümranın atası Dakniş ona gələn milyon dollarlıq təklifləri necə rədd etməsi barədə müsahibə də vermişdi.

 

10. Fəalların dərdi mülki vətəndaşlardır?

Şərqi Quta ilə əlaqədər həyəcan təbili çalan Qərb mediasının niyəsə Səud rejiminin blokadada saxladığı və humanitar böhranın pik nöqtəsi yaşanan Yəmən barədə sükutu təzad doğurur. Şərqi Quta barədə bar-bağıran İngiltərə, Fransa və ABŞ Səud rejiminə Yəmən məsələsində hərbi dəstək verir. Əsədi Şərqi Qutada qətliamda günahlandıran Ərdoğan da Yəmən məsələsində səudlara hərbi kömək təklif etmişdi. Məsələn, İnsan Hüquqları Müşahidəçilər Evi təşkilatı Husilərin Riyada raket atmasını "müharibə cinayətləri" olaraq dəyərləndirmişdi. Beynəlxalq Əfv təşkilatı Sanadakı mülki vətəndaşların ölməsinə səbəb olaraq Səudiyyə qüvvələrinə açılan atəşləri əks etdirən hesabat yayınlamışdı. Bu məsələdə Türkiyə kampaniyasının başını çəkən Anadolu Agentliyi isə daha da irəli gedərək Səudiyyənin dövlət televiziyası El Arabiya -nın etmədiyini belə etmişdi. Anadolu husilərin səudların bir hərbi gəmisini vurmasını "teror hücumu" olaraq yazmışdı.

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər