DÜNYA

Hit : 600

 Suriya hökuməti ilə dərhal təmasa keçin - Kılıçdaroğlu

Suriya hökuməti ilə dərhal təmasa keçin - Kılıçdaroğlu

14:44, 03.02.2018

İslaminSesi.info NTV-yə istinadla xəbər verir ki, Türkiyənin ən əsas müxalifət partiyalarından olan CHP-nin lideri Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğan hökümətinə Suriya siyasəti ilə bağlı çağırış edib.

O, sədri olduğu partiyanın qurultayında qeyd edib ki, Türkiyənin siyasəti Suriya hökümətinin torpaq bütünlüyü siyasəti üzrə eynidir, belə isə Türkiyə höküməti bu barədə Suriya höküməti iləəlaqəyə keçsin və bir hərəkət etsinlər.

 

"Açıq və dəqiq bir çağırışı hökumətə edirik. Suriya hökuməti ilə dərhal təmasa keçin. Suriya hökuməti də Suriyanın ərazi bütövlüyünün tərəfindədir, biz də Suriyanın ərazi bütövlüyünün tərəfindəyik. Əgər Suriyada ərazi bütövlüyü təmin olunacaqsa, axan qan dayanacaqsa, Suriya dövləti, hökuməti ilə dərhal əlaqə yaratmaq lazımdır. Oxşar münasibəti İraq hökuməti ilə də yaratmalıyıq", -deyə Kamal Kılıçdaroğlu nitqinin bir hissəsində bəyan edib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər