DÜNYA

Hit : 42

Suriya əyalətində minalanmış motosiklet partladı - Ev ciddi dağıntıya məruz qaldı

Suriya əyalətində minalanmış motosiklet partladı - Ev ciddi dağıntıya məruz qaldı

15:08, 14.05.2020

Suriyanın şimal-şərqindəki Əl Hasak əyalətinin Ras əl-Ayn şəhəri ətrafında güclü partlayış olub.

RİA Novosti agentliyi xəbər verir ki, hadisə minalanmış motosiklet vasitəsilə törədilib.

 

"Motosiklet Əl-Həsak əyalətindəki Ras əl-Ayn şəhərinin cənubunda yerləşən Salyah kəndində partlayıb", - agentlik yazır.


Hücumun türk silahlılarının nəzarət etdiyi ərazidə baş verdiyi bildirilir.


Hazırda qurbanlar və zərərçəkənlər barədə məlumat yoxdur.


Hələlik partlayışda kimlərin məsuliyyət daşıdığı da bilinmir.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər