SİYASƏT

Hit : 146

Suriya Demokratik Qüvvələri Amerikanı vəfasızlıqda ittiham etdi - ABŞ bölgəni tərk edir

Suriya Demokratik Qüvvələri Amerikanı vəfasızlıqda ittiham etdi - ABŞ bölgəni tərk edir

11:40, 07.10.2019

Suriya Demokratik Qüvvələri ABŞ-ı vəfasızlıqda və öhdəliklərinə sadiq qalmamağda ittiham edib.

 

İslaminSesi.info arabic.rt-ə istinadən xəbər verir ki, Suriya Demokratik Qüvvələri ABŞ-ın bölgəni tərk edib, ərazini Türkiyə ordusuna təhvil verməsinə etiraz bildirən bəyanat yayıb.

 

Suriya Demokratik Qüvvələri ABŞ-ı vəfasızlıqda və öhdəliklərinə sadiq qalmamağda ittiham edib.

 

Bəyanatda həmçinin ABŞ qüvvələrinin bölgəni tərk edib, Türkiyəyə buraxılması halında İŞİD-in yenidən aktivləşəcəyi, sabitliyin aradan gedəcəyi xəbərdarlığı da yera alıb.

 

Xatırladaq ki, Türkiyə prezidenti R.T. Ərdoğan ötən şənbə günü Türkiyə Silahlı Qüvvələrinin Fəratın şərqində irimiqyaslı hava və quru əməliyyatına başlayacağını bildirmişdi. Dünən isə Vaşnqton artıq bölgədə İŞİDİ məhv etdiyini, burada Amerikan qüvvələrinə ehtiyac olmadığını, Türkiyə ilə birgə Şərqi Fərat əməliyyatında iştirak etməyəcəyini elan edib.

 

Həmçinin qeyd edək ki, ABŞ hərbi qüvvələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə yaxın ərzisində olan, Rasul-Ayn şəhərində yerləşən “Təl-Ərqam” hərbi bazasını bütün hərbi texnikası və silahları ilə birgə tərk edir.

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər