ARAŞDIRMA

Hit : 190

SSRİ ilə savaşda Almaniyaya kimlər kömək edirdi? – Hitlerin 11 dostu

SSRİ ilə savaşda Almaniyaya kimlər kömək edirdi? – Hitlerin 11 dostu

15:10, 05.11.2019

Avropanın demək olar ki, bütün xalqlarından ibarət bir ordunun SSRİ-yə qarşı vuruşduğunu yəqin ki, çoxları bilmir.

İslaminSesi rus mediasına istinadən xəbər verir ki, o zamankı sovet xalqının düşündüyü kimi, SSRİ-yə qarşı 1941-ci ildə başlanan savaş yalnız Almaniyanın müharibəsi deyildi. Demək olar ki, bütün Avropa xalqlarının nümayəndələri Sovet rejiminə qarşı əllərində silah Hitler rejiminin tərəfində idilər.


22 iyun 1941-ci ildə Nasist Almaniyasının SSRİ-yə hücumu "bolşevizmə qarşı salib yürüşünün" başlanğıcı idi. Hitler "Avropanı kommunizmdən qorumaq" şüarı altında "Avropanın birləşdiricisi" kimi çıxış etməyə və SSRİ-nin işğalına qərar vermişdi.


Əvvəla, unutmamalıyıq ki, Hitlerin rəsmi müttəfiqləri bir neçə Avropa dövləti idi - Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Finlandiya, Xorvatiya. Onlardan yalnız Bolqarıstan SSRİ-yə qarşı müharibəyə girməkdən imtina etmişdi.


İkinci Dünya müharibəsi zamanı Almaniyanın işğal etdiyi ölkələrdən Hitlerin tərəfində çoxlu sayda könüllülər var idi.


Məsələn, Könüllü legiondan olan fransızlar bolşevizmə qarşı, sovet qoşunları ilə xüsusilə şiddətli mübarizə aparırdılar. Qeyd etmək lazımdır ki, Hitler uğrunda döyüşənlər içərisində həlak olanların çoxu Fransa vətəndaları idi. Bu baxımdan Leon Deqrelin komandanlığı altında işğal olunmuş Belçika sakinlərinin də adlarını qeyd etmək olar. Hansı ki, Fransa və Belçikadan olan bu dəstələr gələcəkdə “SS” bölməsinin tamhüquqlu üzvü olacaqdılar.


Hitlerin 11 dostu arasında həmçinin İspaniya da var idi. Neytrallığına baxmayaraq, İspaniya hökuməti Alman ordusunun tərkibində SSRİ-yə qarşı döyüşmək üçün könüllülərə icazə verdi. Hətta Novqorod sakinlərinin yaddaşında xarici görünüşcə pinti, səliqəsiz, döyüş üçün son dərəcə zəif kimi qalan və onların "Mavi bölmə" adlandırdıqları dəstə də Hitlerin tərəfində vuruşurdu.


Beləliklə, nasist işğalçılarının çoxmilyonlu ordusunun 30% -i Hitlerin müttəfiqləri olan qeyri-almanlardan, onun işğal etdiyi ölkələrin sakinlərindən ibarət idi. Ancaq bu "Avropa inteqrasiyası" hərəkatı çox uzun sürmədi və SSRİ-nin Böyük Vətən Müharibəsində böyük qələbəsi ilə başa çatdı.

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər