ÖLKƏ

Hit : 99

SMS icazədə 1 kodundan istifadə edənlər 2 kodundan da istifadə edə bilərlər

SMS icazədə 1 kodundan istifadə edənlər 2 kodundan da istifadə edə bilərlər

14:20, 20.06.2020

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar

"Vətəndaşlardan xahiş edirik ki, SMS icazələrdən təyinatına uyğun istifadə etsinlər". 

 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.

 

O deyib ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, eyni zamanda şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər: "Bu icazələrlə bağlı 2 kod təyin edilib. 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər-hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır.

 

Vətəndaş açıq havada olmaq üçün də 2-ci koddan istifadə edə bilərlər. Çünki 2 həftə ərzində vətəndaşın hava almaq imkanı mütləqdir. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. Hər kod üzrə icazə 2 saat müddətinə gündə 1 dəfə verilir.

 

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Ölkəmizdə müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər".

 

Ü.Mehdiyev deyib ki, vətəndaşlar 1 kodundan istifadə etdikdən sonra 2 kodundan istifadə edə bilərlər.

 

SputnikAzərbaycan

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər