ÖLKƏ

Hit : 105

Siqaretlər nə qədər bahalaşacaq? — Ekspertdən gözlənilən qiymət artımı ilə bağlı açıqlama

Siqaretlər nə qədər bahalaşacaq? — Ekspertdən gözlənilən qiymət artımı ilə bağlı açıqlama

21:01, 18.02.2020

"Aksiz dərəcəsinin artımından sonra siqaretin də qiyməti bahalaşacaq. Ancaq bu bahalaşmanın nə qədər olacağını proqnozlaşdırmaq çətindir”.

 

İslaminSesi xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri siqaret və spirtli içkilərlə bağlı aksiz vergisinin artırılması fonunda siqaretin qiymətinin nə qədər bahalaşa biləcəyi sualına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

 

"Aksiz vergisi siqaretin xərcinin müəyyən hissəsini təşkil edir. Düzdür, xərc yalnız aksiz vergisindən ibarət deyil. Siqaretin istehsalı prosesində digər xərclər də yaranır. Amma sözsüz ki, aksiz dərəcələrinin artırılması siqaretin maya dəyərinə mənfi təsir edir.

 

Maya dəyəri artdığından siqaretin qiymətində də artımlar baş verir. O baxımdan aksiz vergisinin artması ölkədə siqaretin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Hər halda bu qiymət artımının hansı intervalda olduğunu sahibkarlar müəyyənləşdirəcək”.

 

V. Bayramoov bu məsələ ətrafında müəyyən təkliflərlə çıxış etdiklərini dedi: "Təklif edirik ki, prosesin ailə büdcəsinə mənfi təsir etməməsi üçün yerli siqaret istehsalı üzrə qiymətlər optimallaşdırılsın. Yerli siqaretlər aşağı qiymətlərlə təklif olunmalıdır ki, aksiz vergisinin artımı vətəndaşların büdcəsinə ziyan vurmasın”.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər