DÜNYA

Hit : 87

Seyid Şəhristanidə koronavirus aşkarlandı

Seyid Şəhristanidə koronavirus aşkarlandı

12:02, 29.06.2020

Ayətullah Sistaninin nümayəndəsi Seyid Şəhristanidə koronavirus aşkarlandı. Bu barədə Ayətullah Seyid Cavad Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev xəbər verib.

Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin Gürcüstan nümayəndəsi və "Alulbayt" Gürcüstanın müdiri Hacı Faiq Nəbiyev bildirib.

Hacı Faiq Nəbiyev qeyd edib ki, bu gün  Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Şəhristaninin koronavirus testi müsbət çıxıb.

“Mən Qum ilə əlaqə saxladım. Qan analizlərinin nəticəsi bir az əvvəl açıqlanıb. Ayətullah Şəhristaninin koronavirus (COVİD 19) nəticəsinin müsbət çıxdığını dedilər. Hazırda ciddi həkim nəzarətində karantin vəziyyətindədir. Ancaq səhhəti normal, narahat edəcək heç bir problemi yoxdur.”, -deyə Hacı Faiq Nəbiyev əlavə edib. 

Qeyd edək ki, “Şafaqna” Agentliyi İranın Qum şəhərindən bir az əvvəl məlumat yayıb ki, koroanvirus aşkarlanan Ayətullah Şəhristaninin səhhəti normaldır və durumu ağırlaşmayıb. Həkimlər onun Allahın izni və möminlərin duası ilə daha da yaxşılaşacağını ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Ayətullah Seyid Cavad Şəhristani İslam Dünyasının böyük mərcəiyyətindən olan Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsidir.

/islamazeri/

 
 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər