İSLAM

Hit : 112

Şəvval ayı və bu ayın mühüm tarixi hadisələri

Şəvval ayı və bu ayın mühüm tarixi hadisələri

09:21, 25.05.2020

Hər bir adın mənası olduğu kimi qəməri ayların da adının mənası və müəyyən hadisələrlə bağlılığı vardır.

İslaminSesi.info – Şəvval ayı hicri təqviminin 10-cu ayıdır. Bu ay ramazan ayının bitməsi ilə başlayır və Hacc aylarından hesab olunur. 

 

Hər bir adın mənası olduğu kimi qəməri ayların da adının mənası və müəyyən hadisələrlə bağlılığı vardır.

 

Şəvval sözünün mənası “bir yerə getmək üçün yükünü yığmaq” mənasındadır. Tarixdə qeyd olunur ki, insanlar bu fəsldə adətən səfərə və ova gedir, bunun üçün hazırlaq işi görüb yüklərini yığırdılar.

 

Həzrət Peyğəmbər (s) bu ayın şəvval adlanmasının səbəbini günahların aradan qaldırılması və möminlərin öz işlərinin nəticəsini bilmələri kimi mənalandırıb. (İqbalul-əmal. 3/14)

 

Digər aylar kimi bu ayın da məxsusi əlamətdar günləri vardır:

 

-Fitr bayramı – 1 şəvval

-Huneyn döyüşü – 3.

-Müslim ibni Əqilin Kufəyə gəlməsi – 5.

-Uhud döyüşü və Hz.Həmzənin şəhadəti – 7.

-Bəqi qəbristanlığının vəhabilər tərəfindən dağıdılması – 8 (1344.q)

-Ayətullah Brucerdinin vəfatı – 12.

-Əbdul-Əzimin vəfatı – 15.

- İmam Kazimin (ə) məhbəsə salınması (179 h.q) – 20.

-Andalusun fəth edilməsi (92 h.q) – 21.

-İmam Sadiqin (ə) şəhadəti – 25.

-Ayətullah Musəvi Xomeyninin vəfatı -28.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər