DÜNYA

Hit : 21

Səudiyyə höküməti Mənsur Hadini sıxışdırır:Xərclərini ödəsin

Səudiyyə höküməti Mənsur Hadini sıxışdırır:Xərclərini ödəsin

12:09, 14.05.2020

Vətənindən qaçaraq Səudiyyəyə sığınan Yəmənin sabiq prezident Əbdül Rəbbuh Mənsur əl-Hadi maliyyə sıxıntısı yaşamağa başlayıb.

 

İslaminSesi.info Alalam-ə istinadla xəbər verir ki, bu barədə Yəmən mənbələri məlumat yayıb.

 

Mənbənin məlumatına görə Səudiyyə Ərəbistanı Krallığı əksəriyyəti Mənsur Hadi tərəftarlarından ibarət olan yəmənli səlahiyyətlilərin bu Krallıqda hökümət hesabına qalma müddətlərinin başa çatdığını bildirib.

 

Yəmənin "Yaman Əl-Ghad" saytının yazdığına görə rəsmi Ər-Riyad mayın sonuna kimi maliyyə xərclərinin  dayandırılacağı barədə artıq yəmənli nümayəndələrə xəbərdarlıq edib. Həmçinin yəmənli siyasətçilərə bildirilib ki, göstərilən tarixdən sonra krallıq daxilində oturmaq istəyən şəxs artıq bunu öz şəxsi vəsaiti hesabına etməli olacaq.

 

Krallığ bu qərarın səbəbini hazırda dünyada yayılan yolxucu epidemiya və bundan doğan iqtisadi zərərlərlə əlaqələndirib.

 

Xatırladaq ki, Yəmənin sabiq prezidenti Əbdül Rəbbuh Mənsur əl-Hadi 2015-ci ildə ölkəsində baş çevrilişdən sonra öz siyasi komandası ilə birgə Səudiyyə Ərəbistanına sığınıb. Səudiyyə Ərəbistanı və koalisiyası Hadi hökümətini bərpa etmək üçün 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edir. Həmin vaxtdan Yəməndə aclıq və ölüm höküm sürür.

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər