SİYASƏT

Hit : 287

Səudiyyə “Həmas”a yardım adıyla 30 iordaniyalını həbs edib – İşgəncə verir

Səudiyyə “Həmas”a yardım adıyla 30 iordaniyalını həbs edib – İşgəncə verir

14:49, 12.09.2019

Səudiyyə iordaniyalı əsirlar vasitəsi ilə "Əsrin müqaviləsi"ndə bu ölkəyə təzyiq göstərməyə çalışır.

 

İslaminSesi bidirir ki, Qətərin Əl-Cəzirə televiziyası çərşənbə günü Səudiyyə Ərəbistanındakı İordaniyalı məhbusların vəziyyəti, o cümlədən Fələstin müqavimətinə dəstəkdə günahlandırılan məhbusların vəziyyəti barədə hesabat dərc edib.

 

Mənbənin bildirdiyinə görə Səudiyyə həbsxanalarında 30-dan artıq iordaniyalı məhbus vardır və onlar Fələstin müqavimətinə yardım göstərməkdə ittiham olunurlar. Şahidlərin bildiridiyinə görə məhbuslar 3 həbsxanaya paylaşdırılıb və onlara işgəncələr verilir.

 

Hesabatda yer alan İordaniya millət vəkili Saleh əl-Armoutinin açıqlamasına görə əsirlər vasitəsi ilə “Əsrin müqaviləsi”ndə İordaniyaya təzyiqlər göztərmək planlaşdırılır.

 

Həmçinin mənbə İordaniya Xarici İşlər Nazirliyinin tutulan vətəndaşlarının işlərinə baxılması üçün vəkillərə tapşırıq verdiyini də bildirib.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər