DÜNYA

Hit : 26

Səudiyyə Ərəbistanında ədəbləndirmək üçün qamçı cəzası ləğv edildi

Səudiyyə Ərəbistanında ədəbləndirmək üçün qamçı cəzası ləğv edildi

10:37, 20.05.2020

Səudiyyə Ərəbistanının yerli mediasında dərc olunan məlumata görə, ədliyyə naziri Vəlid əs-Samani ədəbləndirmək məqsədilə qamçı cəzası tətbiqi əmrini ləğv etmək üçün məhkəmələrə əmr göndərib.

 

Samani bütün məhkəmələrə göndərdiyi əmrdə göstərilir ki, ədəbləndirmək məqsədli qamçı cəzası yerinə həbs, pul cəsası və ya səlahiyyətli orqanların müəyyənləşdirəcəyi alternativ cəzalar təyin edilməlidir.

 

Qamçılamaq cəzasının ləğv edilmədiyini vurğulayan Samani, cəza və ya intizam cəzası kimi qamçı cəzasının ləğv edildiyini və alternativ cəzalara çevrildiyini qeyd edib.

 

Samani qamçı cəzasının iki növünün olduğunu, bunlardan birinin şəri müddəalarda açıq şəkildə ifadə edildiyini, digərinin isə intizam və ya cinayətə qarşı rəftarın qarşısını almaq üçün ədəbləndirici şəklində ifadə olunduğunu və şəri müddəalarda dəqiq göstərilməyən cəza üsulu olduğunu vurğulayıb.

 

Qamçılamağın ölçüsünün olmadığını söyləyən Samani, bəzi təşkilatların və insan hüquqları təşkilatlarının fikirlərində qamçı ilə cəzalandırılmanın insan hüquqlarına və ləyaqətinə zidd olduğunu xatırladıb.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər