ÖLKƏ

Hit : 72

Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa vermək istəyir: “...siyasətdən gedəcəm”

Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa vermək istəyir: “...siyasətdən gedəcəm”

15:55, 19.11.2019

“Ömrümün sonuna qədər partiya sədrliyində, siyasətdə qalası deyiləm”.

 

İslaminSesi bildirir ki, bu sözləri Modern.az-a açıqlaması zamanı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, yerini gənclərə vermək istədiyini dilə gətirib:

 

“Mən dəfələrlə partiya daxilində də təklif etmişəm ki, partiya sədrliyinə iddialı kim varsa, mən onun xeyrinə istefa verə bilərəm. Konkret siyasi vəsiyyətim yoxdur. Amma həmişə yaxın ətrafımda olan adamlarla partiyanın necə idarə olunması ilə bağlı tövsiyələrimi vermişəm. Çünki bir zaman gələcək, mən də siyasətdən gedəcəm.

 

Əslində, 2005-ci ildə parlament seçkilərindən sonra mən siyasətdən getməyi qərara almışdım. O vaxt Lalə Şövkət, Əli Kərimli və İsa Qəmbər mənim bu qərarımın əleyhinə çıxdılar. Mənim getməyimin müxalifət cəbhəsində böyük problem yaradacağını dedilər.

 

Onlar məndən xahiş etdilər ki, bu qərarımı dəyişim. Mən də o zaman düşündüm ki, özümə görə əlverişli olan qərarım dostlarıma ziyan vuracaqsa, getməyim. Ona görə, “Azadlıq bloku”ndakı həmin dostların xeyrinə siyasətdə qaldım”.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər