ÖLKƏ

Hit : 92

Sensasion faktlar açıqlayan vəkilin fəaliyyəti dayandırıldı

Sensasion faktlar açıqlayan vəkilin fəaliyyəti dayandırıldı

15:00, 10.09.2019

Son vaxtlar açıqladığı sensasion faktlarla gündəmdə olan vəkil Adil İsmayılov cəzalandırılıb. Onun vəkillik fəaliyyəti 1 illik dayandırılıb.

İslaminSesi Bizimyol.info-ya istinadla xəbər verir ki, sentyabrın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Həmin iclasda haqqında şikayət verilən vəkillərin məsələsi müzakirə olunub.


“Adil İsmayılov öz vəkil həmkarlarının şikayəti əsasında cəzalandırılıb. “Facebook” statuslarının birində vəkillər haqqında “mağmın”, “kölə” ifadələrini işlətmişdi. Bununla əlaqədar bir neçə vəkil ondan şikayət etmişdi”, - deyə Vəkillər Kollegiyasından bildirilib.


O ərəfədə Adil İsmayılov Vəkillər Kollegiyasının rəhbərliyini tənqid edir, maliyyə məsələlərilə (vəkillərdən toplanan vəsaitlər, hara xərclənməsi və s.) bağlı şəffaflıq tələb edirdi.


Adil İsmayılov son vaxtlar silsilə qətllər və adam oğurluqları törətmiş polis polkovniki Hacı Məmmədovun dəstəsi, onun əməlləri barədə hüquq-mühafizə orqanlarına xəbər verən qadının az sonra müəmmalı ölümü, Macarıstanda erməni hərbçini qətlə yetirmiş Ramil Səfərovun işi və s. haqda maraqlı faktlar açıqlamışdı.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər