ÖLKƏ

Hit : 230

Şəkidə orta məktəbdən biabırçı görüntülər - FOTO

Şəkidə orta məktəbdən biabırçı görüntülər - FOTO

16:52, 17.01.2020

Şəkinin Cəyir kəndində orta məktəb xarabalığı xatırladır.

 

İslaminSesi bildirir ki, bu barədə kənd sakinləri kütləvi şəkildə BAKU.WS-in “qaynar xətti”nə şikayət ediblər.

 

Bildirilir ki, məktəb uzun illərdir bərbad vəziyyətdədir.

 

Şagirdlər burada təhsil almaq əvəzinə həyatla mübarizəylə məşğuldurlar.

 

Siniflərdə istilik sisteminin olmaması uşaqların tez-tez xəstələnməsinə səbəb olur.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, məsələ ilə bağlı məlumatları var.

 

Növbəti illərin Dövlət İnvestisiya proqramlarında bu məsələyə baxılacaq.

 

Məktəbdən görüntüləri təqdim edirik.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər