ÖLKƏ

Hit : 228

Şəkidə keçmiş məhkumlar avtomobil qaçırdı

Şəkidə keçmiş məhkumlar avtomobil qaçırdı

14:27, 29.05.2019

Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T.Mustafazadə mayın 27-də gecə saatlarında iki sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “VAZ 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkumluq həyatı yaşamış Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyənləşib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər