ÖLKƏ

Hit : 163

Şəhidimizin dəfnindən ürəkdağlayan görüntülər - VİDEO

Şəhidimizin dəfnindən ürəkdağlayan görüntülər - VİDEO

16:00, 06.03.2020

1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon icra aparatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.


Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib və medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub./BAKU.WS/

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər