ÖLKƏ

Hit : 20

Səfirlik ABŞ-dakı azərbaycanlılara xəbərdarlıq etdi

Səfirlik ABŞ-dakı azərbaycanlılara xəbərdarlıq etdi

16:23, 03.06.2020

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

İslaminSesi “Report”-a istinadla xəbər verir ki, xəbərdarlıqda deyilir.

 

“ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar ciddi şəkildə tövsiyyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin, iğtişaşların baş verdiyi ərazilərə səfərlərin nəzərdə tutulduğu təqdirdə belə səfərlərin təxirə salınması imkanını nəzərdən keçirsin və yaşadıqları ərazilərdə müvafiq yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının təyin etdiyi qaydalara, o cümlədən tətbiq edildiyi hallarda komendant saatına riayət etsin”.


Azərbaycan vətəndaşları ilə bağlı hər hansı bir hadisənin baş verdiyi təqdirdə səfirliyin qaynar xəttinə məlumat verilməsi xahiş olunur: 202 560 35 83.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər